Muəllif:

Baş Prokurorluq YouTube-da məxfi məlumatların dərc olunmasına dair araşdırma aparır

Türkiyədə YouTube video servisinə birbaşa girişinin bağlanmasına səbəb bu video portalda təhlükəsizlik məsələləri üzrə Suriyadakı durumla bağlı məxfi iclasın görüntülərinin yayımlanması olub. Bir neçə gün əvvəl Suriya qırıcı təyyarəsinin Türkiyə Hərbi-Hava Qüvvələri tərəfindən vurulması və Suriya ərazisində yerləşən Süleyman Şah məqbərəsi ətrafında yaranmış vəziyyətlə bağlı keçiriləy bu iclasda Türkiyə XİN rəhbəri, Milli Kəşfiyyat rəisi və Baş Qərargah təmsilçiləri iştirak edirmiş.  

Baş Prokurorluq tərəfindən başlanmış istintaq qanunsuz və casusluq fəaliyyəti ittihamı üzrə aparılır. Türkiyə XİN-in açıqlamasında bildirilir ki, yayımlanmış materiallar, ilk növbədə, milli təhlükəsizlik nöqteyi-nəzərindən çox böyük önəmə malikdir, onların YouTubedə dərc olunması isə Türkiyənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. “Bu casusluq fəaliyyətidir və çox ağır bir cinayətdir. Bu insident bizim dövlətin üzləşdiyi kiber hücum təhlükəsinin hansı səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Bunu edən cinayətkar şəbəkələr bizim dövlətin və xalqın düşmənləridir”, deyə XİN bəyanatında bildirilir.   

Türkiyənin Rabitə və Telekommunikasiya İdarəsi martın 27-də internetin milli seqmentindən YouTube video servisinə birbaşa girişinin bağlanmasına qərar verib.

APA-nın Hurriyet Daily qəzetinə istinadən verdiyi xəbərə görə, qurumun rəsmi saytında, YouTube.com resursunun statusunun yoxlanılması bölməsində video servisə girişin bağlanıldığı qeyd olunub.   Qeyd edilir ki,   Türkiyə güc strukturlarının yüksək rütbəli təmsilçilərinin görüşü əks olunan videoyazı YouTubedə dərc edildikdən bir neçə saat sonra  Telekommunikasiya İdarəsi (TIB) bu video servisə girişi bağlayıb.   Qəzetin məlumatına görə, görüş zamanı Suriyaya mümkün hərbi müdaxilə məsələsi müzakirə olunub.

Türkiyə liderləri bu dinləməni casusluq fəaliyyəti kimi dəyərləndiriblər və bu işi görənlərin ağır şəkildə cəzalanacaqlarını bildirmişlər.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 116