Barak Obama: Əgər Vladimir Putin öz davranışını dəyişməsə…
Prezident Barak Obama Krıma müdaxiləni beynəlxalq hüququn pozulması adlandırıb və bildirib ki, Birləşmiş Ştatlar Ukraynanın öz suverenliyini və ərazi bütövlüyünü qorumaq cəhdini dəstəkləyir. Bu barədə o, Ukraynanın baş naziri Arseni Yasenyuk ilə görüşündə bldirib. Bloomberg məlumat yayıb. Əgər Vladimir Putin öz davranışını dəyişməsə, ABŞ və beynəlxalq birlik “onu buna görə cavab verməyə məcbur edəcək”, — Obama görüşdən sonra qeyd edib. “Digər əlverişli yol var”, — o vurğulayıb.
Əgər Rusiya Krım məsələsinə öz baxışını dəyişərsə Ukrayna Konstitusiyası çərçivəsində Krım üzrə “digər sazişlər”in bağlanması mümkündür. Yasenyuk deyib ki, Ukrayna eyni zamanda həm “qərb dünyası”nın tərkib hissəsi, həm də Rusiyanın “yaxşı dostu və tərəfdaşı” ola bilər. O bildirib ki, Ukrayna “heç zaman təslim olmayacaq” və qeyd edib ki, Kiyev Rusiya ilə danışıqlara hazırdır.
O, jurnalistlərin qarşısında çıxışı zamanı Putini müharibə xofu yaratmağa, hərbi təcavüzə son qoymağa çağırıb. Yasenyuk xəbərdarlıq edib ki, Rusiya Krımla kifayətlənməyə bilər və mərkəzi Ukraynaya girər. “Gəlin, dayanaq. Gəlin, sakitləşək”, — baş nazir çağırış edib.
Obamanın Ukrayna lideri ilə görüşü ABŞ hökumətinin Rusiya ilə qarşıdurmada Kiyevi dəstəklədiyini göstərir. Rusiyaya birləşməklə bağlı Krım referendumunun vaxtı yaxınlaşdıqca Obama və ABŞ-ın Avropa üzrə müttəfiqləri sanksiyalar hazırlayırlar. Əgər Rusiya vəziyyətin yoluna qoyulması üçün tədbirlər görməsə bu sanksiyalar tətbiq olunacaq.
ABŞ dövlət katibi Con Kerri martın 13-də Londonda Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşəcək. Kerri bildirib ki, ABŞ və onun müttəfiqləri Rusiyaya maksimum təzyiq göstərməyə hazırdırlar (Turan).