Muəllif:

Barak Obama da Krımda referendum qərarını Konstitusiya və beynəlxalq hüquqa zidd saydı

Prezident Barak Obama Ağ Evdə Ukraynadakı son hadisələrə dair açıqlama ilə çıxış edib. Obama Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra bu addımı beynəlxalq qanunların pozlulması sayaraq  beynəlxalq bilriyin bu addımları qınaması, Ukrayna xalqı və hökumətini dəstəkləmək üçün hərəkətə keçməsi kimi dəyərləndirib. ABŞ prezidenti  Ukrayna xalqının sabiltiyi və ərazi bütövlüyünü pozan, xalqın varidatını talayan cavabdeh qurum və şəxslərə sanksiya nəzərdə tutan prezident sərəncamı imzaladığını söyləyib. ABŞ Dövlət Departamenti  B.Obamanın təlimatı üzrə bəzi vəzifəli və müəyyən şəxslərə viza sanksiyası tətbiq edib.   

Obama bu qərarları Rusiyanın və Krimdakı duruma cavabdeh olanların pozucu səylərinə cavab adlandırıb. Bu addımların həm də Avropadakı tərəfdaşlarla razılıqlı şəkildə atıldığını vurğulayıb. B.Obama  beynəlxalq birliyin bu önəmli dönəmdə birlik içində olmasından məmnun olduğunu da qeyd edib.

Obama Krımın gələcək taleyilə bağlı referendum qərarını Ukrayna Konstitusiyasına və beynəlxalq hüquqa zidd addım adlandırıb. O, Ukraynanin gələcək taleyilə bağlı hər cür məsələyə ancaq Ukraynanın legitim hökumətinin qərar verməli olduğunu xatırladıb. 2014-cü ildə, demokratik liderlərin başı üzərindən sərhədlərin yenidən müəyyən olunması kimi çox gerilərdə qalmış bir günün yaşandığı vurğulanıb. Rusiya və Ukraynanın maraqlarına sayğı ilə yanaşdığını deyən ABŞ prezidenti bu böhranın həlli yolunun olduğunu və bunun da beynəlxalq qurumların Krım da daxil olmaqla Ukraynaya səfərlərdən keçdiyini qeyd edib.

Obama qeyd edib ki, Rusiya Ukraynanın sabitliyi və ərazi bütövlüyünə, anlaşmalara hörmət etməsini deməklə yanaşı Krımda hərbi gücünü saxlayacağını bəyan edirsə, seçkilərə gedərkən dünyanın da Ukrayna xalqnı dəstəkləyəcəyini nəzərə çatdırıb. ABŞ prezidenti beynəlxalq hüququn pozulması davam etdikcə ABŞ və tərəfdaşlarının qərarlılığının da sabit olacağını nəzərə çatdırıb. Konqresə müraciət edən B.Obama BVF və ABŞ-ın Ukraynaya yardımlarına dəstək verməsini istəyib.  

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 165