Balakəndə polis kapitanı həbs edilib
Polis kapitanı DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının xüsusi əməliyyatı zamanı saxlanılıb. Balakən Rayon Polis Şöbəsinin İtitala kəndi üzrə sahə müvəkkili, polis kapitanı Vüqar Filiyev DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb. Onun nədə ittiham olunduğu açıqlanmır.
Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçıları Filiyevi Balakən şəhəri ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin qarşısında tutublar.
Balakən Rayon Polis Şöbəsindən Filiyevin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanıldığını təsdiqləsələr də, polis zabitinin saxlanılma detallarını açıqlamayıblar.