Muəllif:

“Baku Fires” boksçuları «Hussars Poland»ı məğlub edib

«Baku Fires» boks komandası Ümumdünya Boks Seriyası (WSB) Liqasında 4-cü ev qarşılaşmasında inamlı qələbə qazanıb. Quba Olimpiya Kompleksində keçirilən qarşılaşmada komandamız  Polşanın «Hussars Poland» kollektivini  5-0 hesabı ilə məğlub edib.

İlk döyüşdə Murad Rabadanov (52 kq) «Hussars Poland»ın  boksçusu Marius Koça qalib gəlib. 60 kq çəkidə təmsilçimiz Məhəmmədrəşid Cəbrayılov Mateuş Polski ilə gərgin keçən döyüşdə rəqibini üstələməyi bacarıb. Üçüncü  döyüş Kamil Əhmədov (69 kq)  və İreneuş Zakrjevski arasına keçirilib. Bu döyüşdə də «Baku Fires» təmsilçisi rinqdən qalib ayrılıb.

81 kq çəkidə yarışan boksçumuz Avropa çempionu Teymur Məmmədovun  rəqibi isə Pyotr Podluçki olub. Boksçumuz rəqibinə heç bir şans verməyərək qalib gəlib. Super ağır çəki dərəcəsində (91+) yarışan idmançımız Arslanbek Mahmudov isə polşalı  Arkadiuş Toboreki nokautla məğlub edərək komandamızın 5-0 hesablı qələbəsini rəsmiləşdirib.  

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 142