Muəllif:

Bakı və Moskva müəssisələri arasında görüşlər olacaq

Bakı və Moskva (Rusiya) müəssisələri arasında görüşlər keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, iki şəhərin istehsal müəssisələri arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması məqsədi ilə Moskva şəhərinin hökuməti aprelin 2-də «Biznes-Marafon 2014» layihəsi çərçivəsində Azərbaycan və Rusiya paytaxtlarının sahibkarlarının Bakıda işgüzar görüşünün keçirilməsinin təşəbbüskarı kimi çıxış edib.

Məlumata görə, ertəsi gün, aprelin 3-də Moskva sahibkarları Bakının qabaqcıl istehsal müəssisələrinə təcrübə və texnologiyalar mübadiləsi aparmaq üçün səfərlər edəcəklər.

Görüşdə iştirak etməkdə maraqlı olan Azərbaycan şirkətləri Azpromo-ya müraciət edə bilərlər.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 103