Muəllif:

Bakı-Tbilisi-Kars dəmiryolu üçün İsveçrədən yeni vaqonlar alınacaq

«Azərbaycan Dəmir Yolları» QSC Bakı-Tbilisi-Kars dəmir yolu marşrutunda yeni sərnişin vaqonları buraxmaq niyyətindədir. Bu məqsədlə şirkət Nəqliyyat Nazirliyinə həmin dəmir yolu üçün beynəlxalq standartlara cavab verən sərnişin vaqonlarının alınması məqsədli dövlət büdcəsindən vəsaitin ayrılmasına dair məktubla müraciət edib.

«Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov «APA-Economics»ə bildirib ki, Nəqliyyat Nazirliyinə İsveçrənin «Stadler Rail Group» şirkətindən bu il 30 ədəd dünya standartlarına uyğun olan sərnişin vaqonlarının alınması ilə bağlı məktub ünvanlanıb.

Qeyd edək ki, həmin qatarların Türkiyədə hərəkəti üçün Gürcüstan-Türkiyə sərhəd-keçid məntəqəsində vaqon təkər cütlərinin eninə bazasının avtomatik olaraq 1 520 mm-dən 1 435 mm-ə və əksinə dəyişdirilməsi nəzərdə tutan yeni qurğu quraşdırılacaq.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 229