Bakı- Kars dəmiryolunun açılışı 1915-ci ilin ortalarına doğru uzadıldı
Azərbaycan və Türkiyəni birləşdirəcək Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun yaradılması prosesinin başa çatması 2015-ci ilin ortalarında mümkün olacaq… İndiyədək bu ilin sonuna vaxt qoyulurdu… Trend-in məlumatına görə, bu təəccüb doğuran açıqlama ilə bu gün jurnalistlərin qarşısında NN «Azəryolservis» ASC-nin rəhbəri Cavid Qurbanov çıxış edib.
Qurbanovun sözlərinə görə, Gürcüstanda hakimiyyət dəyişikliyi və struktur islahatları layihənin reallaşdırılmasında yubanmaların obyektiv səbəbi olub.
ASC rəhbərinin sözlərinə görə, bu, eləcə də Gürcüstan və Türkiyə sərhədində 4,2 kilometrlik dəmir yolunun (2,2 kilometri Türkiyənin ərazisinə düşür) çəkilişi prosesinin yubanmasına gətirib çıxarıb, deyə Trendin xəbərində əlavə olunur.
Türkiyə ərazisində tunel çəkilişi işlərinin başa çatmasına baxmayaraq, göstərilən obyektiv səbəblər üzündən Gürcüstan ərazisində işlərə bu yaxınlarda başlanılıb və artıq tunelin 70 metri çəkilib.
Ümumilikdə, uzunluğu 180 kilometr təşkil edən Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi çərçivəsində 100 kilometrlik dəmiryolu xəttinin çəkilişi başa çatıb. Qurbanov bildirib ki, artıq 2014-cü ilin sonunda layihə çərçivəsində Azərbaycandan Gürcüstanın Türkiyə sərhədinədək sınaq teplovozunun buraxılışının həyata keçirilməsi planlaşdırılır.
Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanan sazişə uyğun olaraq, Azərbaycan Beynəlxalq Bankı vasitəsilə ölkənin Nəqliyyat Nazirliyinə ayrılan vəsait «Marabdi-Kartsaxi dəmiryolu» MMC-yə köçürülüb. MMC Türkiyə ilə sərhəd Marabda dəmiryolu sahəsinin və müvafiq infrastruktur obyektlərin layihələndirilməsi, tikintisi, bərpa edilməsi və istismara verilməsi məqsədilə yaradılıb.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmiryolu Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası saziş əsasında tikilir. Azərbaycan dəmiryolun Gürcustan sahəsinin tikintisi üçün 775 milyon dollar dəyərində kredit ayırıb. Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində 105 kilometr uzunluğunda yeni dəmiryol magistralı xəttinin tikilməsi planlaşdırılır.