Muəllif:

Bahçeli Erdoğanın qapısına “nə mutlu türküm deyənə» şüarı yazdıracaq

Bu il 30 mart yerli seçkiləri təkcə bələdiyyə rəhbərləri seçkisi yox,  həm də hakim AKP-nin taleyini həll edəcək seçki olacaq. Bunu Türkiyənin müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bahçeli deyib.

“MHP iqtidarda olan vaxt indiki baş nazir Ərdoğan ölkədən qaçmazsa evinin girişinə “nə mutlu türküm” deyənə şüarı yazdıracağam”, — MHP lideri şəxsi fonda hadisələrin perspektivinə işarə edib.

Bəzi qüvvələrin Türkiyəni parçalamaq istəyində olduqlarını deyən MHP lideri bunun mümkünsüzlüyünü və heç kəsə fayda verməyəcəyini nəzərə çatdırıb. “Hələ 4 hissəli Kürdistan nə Yaxn Şərqdə, nə beynəlxalq arenada qəbul edilir. Amma imperialist güclər həmin ölkələri rahatsız, təhdid etməklə, onların təbii ehtiyatlarından istifadə etməklə bu oyunu hələ də oynayır və hamı bunun fərqindədəir”, — MHP lideri Yaxın Şərq ölkələrində başı verən proseslərə münasibətini bildirib.

Onun fikrincə, hakim AKP ölkə parlamentində təmsil edilə bilər, amma təkbaşına iqtidar olmaq, partiya rəhbəri Ərdoğanınsa prezident olmaq şansları artıq itirilib.

“Ya AKP özünə yeni düzən verərək millətin hüzuruna ağıllanmış, saflaşmış olaraq çıxacaq, ya da “türk siyasətindən bir AKP gəldi, o da getdi” deyə xatirə qalacaq”, — MHP rəhbəri AKP-nin gələcək taleyi ilə bağlı proqnoz verib.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 160