Muəllif:

“Bahar” şirkəti rəhbərliyi işdən çıxarılan fəhlələrlə danışıqlar aparır

“Bahar” neft-qaz çıxarma əməliyyat şirkətindən azad olunan fəhlələrlə şirkət rəhbərliyi arasında danışılqar gedir. Şirkətin icraçı direktoru Əmir Mahmudzadə işdən azad edilən 100-ə qədər fəhləni qəbul edib, iclas gedir. İçəridən daxil olan xəbərə görə, şirkət rəhbərliyi fəhlələrə azad edilənlərin siyahısının bir daha nəzərdən keçiriləcəyini və tədbirlər görüləcəyini vəd edir. Vədlərə görə, bütün fəhlələr yox, sosial durum baxımından ehtiyacı daha çox olan fəhlələrin yenidən işə qəbul edilmələri ehtimalı var. Nefrçilərin Hüquqlarını Müdafiə komitəsinin (NHMK) sədri Mirvari Qəhrəmanlı şirkət rəhbərliyinin bu vədlərini “baş aldatmaq” adlandırır. “Bahar” şirkəti Azərbaycan Dövlət Neft Şirkətinə məxsus “Qum adası” NQÇİ-nin bazasında yaradılıb. Bəzi məlumatlara görə, “Bahar” biznesmen Hafiz Məmmədova məxsusdur. Bir müddət öncə o, Fransanın Lans futbol klubunu alıb. Lakin Fransa polisində klubun alınmasına sərf edilən vəsaitin qanuniliyi ilə bağlı şübhə yaranıb (Turan).

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 142