“Bağçalarda pul vahid geyimə deyil, təhsilə və qidaya xərclənməlidir”
Bakı şəhər İH tabeliyində olan bağçalara gedən uşaqlar üçün vahid geyim formasının tətbiqinə başlanılıb. BŞİH-nin nəzdindəki Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən mətbuata verilən məlumata görə, həmin geyimlər uşaqların rahatlığı üçündür. Geyimlər yaxşı pambıq parcadan hazırlanıb, gigiyenik tələbələrə cavab verir.
Uşaq Hüquqları QHT Alyansının koordinatoru Nabil Seyidov “Ayna”ya açıqlamasında uşaq bağçalarında vahid geyimin tətbiqinin yolverilməz olduğunu söylədi. Onun sözlərinə görə, Uşaq Hüquqları Klinikasında bununla bağlı şikayətlər daxil olmaqdadır. Alyans BŞİH-dən bu məlumatı təsdiqləsə də, qurum alyansın suallarına cavab verməkdən boyun qaçırdıb. Onun fikrincə, adıçəkilən qurum formanın tətbiqini yaradan səbələri ictimaiyytə açıqlanmalı idi.
N.Seyidov deyir:”Məktəbdə vahid formanın tətbiqi anlaşılan qərardır.Bağcalar uşaqların sərbəst inkişafı üçün bir muəssisədir. Bağcada isə vahid geyimin tətbiqinin məcburiliyi tətbiqi yolverilməzdir. Uşaq hüquqlarının pozuntusudur. Uşaqlara dair qərarlarda valdeiynlərin, uşaqların fikirlərini öyrənmək vacibdir. Uşaq müəssisələrində uşaqlara bağlı məsələlərin həllində
uşaqların özləri və valideynləri iştirak etməlidilər.İndiki halla bağlı deyə bilərəm ki, valideynlər və uşaqlar bu barədə bu günə qədər məlumatsız olublar. Ümumiyyətlə, uşaqlara idman formasının geyindirilməsi kimin ağlına gəlib?”
Müsahibim hesab edir ki, təhsil müəssisələrində forma üçün pul xərcləməyə ehtiyac yoxdur. “Bütün təhsil mütəxəssilərinin fikri belədir kki, formaya deyil, təhsilin məzmununa və keyfiyyətinə pul xərcləmək lazımdır. Uşaqlra öyrədici oyuncaqlar, kitablar almaq, onlara ekskursiayalar təşkil etmək, müəllimlərin yeni tədris metodlarını mənimsəməsinə pul xərcləmək lazımdır. Ən nəhayət pul xərcləməyə yer tapmırlarsa bu vəsair onların qidalanmasına xərclənə bilər.Məncə, forma ən sonuncu olmalı idi. Valideynlər, müəllimlər, uşaqlar üçün bu anlaşılmaz qərardır. Ekspertlər bu çür yanaşmadan, vəsaitlərin belə məsələlərin həllinə xərclənməsindən məyusdurlar”.
Qeyd edək ki, BŞİH pambıqdan hazırlanan bu formalara nə qədər vəsait xərcləndiyini açıqlamır.