Muəllif: Redaksiya
Azercell Telekom beynəlxalq mobil dələduzlardan qorunmağı tövsiyə edir
Azercell Telekom şirkəti abunəçilərinə müraciət ünvanlayaraq onlara beynəlxalq mobil dələduzlardan qorunmağı tövsiyə edib.Azercell Telekomdan yayılan izahata görə, son günlər Azercell şəbəkəsi istiqamətində beynəlxalq mobil dələduzların fəallaşmasını nəzərə alaraq abunəçilərə daha diqqətli olmalıdır.
Azercell Telekom şübhəli məzmunlu SMS-lərə geri dönüş etməməyi, həmin SMS-də göstərilən beynəlxalq nömrələrə zəng etməməyi məsləhət görür:
“Əks halda, nömrənizin hesabında böyük məbləğdə xərclər yarana bilər. Şirkətin həyata keçirdiyi yeni kampaniya, tarif planları və digər məhsullar barədə məlumatlar Azercell-in rəsmi saytı, Facebook səhifəsi və mətbuat kanalları vasitəsilə abunəçilərə çatdırılır”.
Bölüm: Cəmiyyət
Oxunma sayı: 128