Muəllif:

Azərbaycanlı Yaqubov Maydanda döyülüb, koma vəziyyətindədir

Kiyevdə baş verən hadisələr zamanı azərbaycanlı iş adamı hücuma məruz qalaraq döyülüb. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən  bildirilir ki, hücuma məruz qalan şəxs əslən  Masallı rayonundan olan Ukrayna vətəndaşı Behbud Yaqubovdur (1966).

Hadisə ötən gün axşam Maydan yaxınlığında baş verib. “Berkut” xüsusi təyinatlıları ilə etirazçılar arasında toqquşma zamanı oradan keçən  Yaqubov dəyənəklə baş nahiyəsindən ağır zərbələr alıb.  Kiyev xəstəxanalarının birində koma vəziyyətindədir, vəziyyəti orta ağır qiymətləndirilir.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 174