Muəllif:

Azərbaycanlı qatil görəsən niyə Rusiyadan Ermənistana qaçıbmış?..

Bu qəribə hadisə  barədə “Baltinfo” informasiya agentliyi məlumat yayıb. İş adamını qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlının 2004-cü ildə Rusiya vətəndaşlığı aldığı bildirilir. Sifarişli qətl törədən azərbaycanlı apreldə Rusiya və Ermənistan polisinin birgə əməliyyat tədbiri nəticəsində yaxalanaraq Rusiya Federasiyasına ekstradisiya olunub.

Azərbaycanlı killer 2012-ci ilin aprelində Moskvanın Beqovoy küçəsində sifarişli qətl törədib. Belə ki, 2012-ci il aprelin 19-dan 20-nə keçən gecə Beqovoy küçəsində 7 güllə yarası almış 52 yaşlı qazaxıstanlı iş adamının cəsədi tapılıb. Hadisə yerindən 100 metr aralıda isə qətldə istifadə olunan tapança aşkar olunur. Qazaxıstanlı iş adamının avtoyuycu sahibi olduğu bildirilib.

Hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış tədbirləri nəticəsində qatilin Rusiya ərazisindən qaçdığı məlum olub.

Azərbaycanlı killerin 27 yaşında və Vladimir şəhər sakini olduğu bildirilib. Hazırda qətli sifariş verənin kimliyinin araşdırılır.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 166