Muəllif: Redaksiya
Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 1 milyard dollara çatdırılacaq
Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması planlaşdırılır. Hazırda müvafiq göstərici 400 milyon dollara yaxındır. Bu rəqəmləri Qazaxıstanın Azərbaycan səfiri Amangəldi Jumabayev bu gün keçirdiyi brifinqdə deyib. Səfir bildirib ki, bu il Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstana səfəri gözlənilir və hazırda Azərbaycan prezidentinin səfərinə hazırlıq görülür. Bu il Qazaxıstan xarici işlər naziri Erlan İdrisovun da Azərbaycana səfəri planlaşdırılır. Fevralın 20-də isə Qazaxıstan Milli Məclisinin sədri Nurlan Niqmatullinin Bakıya gələcəkdir, — deyə səfir xəbər verib.
Bölüm: İqtisadiyyat
Oxunma sayı: 166