Muəllif: Redaksiya
Azərbaycanın hərbi təyyarələri cəbhə boyu uçurlar
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət gərgin olaraq qalır. Atışmalar gedir. Durumla əlaqədar Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri hərəkətə keçib. Hərbi Hava Qüvvələrinin təyyarələri cəbhə boyu uçuşlar həyata keçirir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Cəbhənin Tovuz rayonu istiqamətində isə Azərbaycan hərbçiləri düşmənin hərbi maşınını sıradan çıxarıblar.
Bölüm: Xəbərlər
Oxunma sayı: 144