Muəllif: Redaksiya
Azərbaycanın 44 metrlik sahəsi İrana birləşdirilib?
«Azərbaycan heç bir zaman heç kimə bir qarış torpağını belə verməz». APA-ya açıqlamasında XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev belə deyir. İran Sərhəd Polisinin rəisi general Hüseyn Zülfüqari isə başqa söz. İranlı generalın Culafada sərhəddə üzərində mübahisə gedən 44 metrlik sahənin İrana birləşdirildiyinə dair açıqlamasına münasibət bildirən Abdullayev onda bu barədə məlumatın olmadığını bildirib.
General Zülfüqari Culfada Naxçıvanla İran arasında tikilən körpü üzərindəki sərhədin müəyyənləşdiyini, Azərbaycanın iddia etdiyi ərazidən geri çəkilərək, körpünün istifadəsi üçün yaranan problemin aradan qaldırıldığını bildirib. Onun sözlərinə görə, 44 metrlik sahə İran ərazisinə birləşdirilib.
Nə bilmək olur? Nə desən ola bilər. Bizi heç nə təəccübləndirmir. Bir vaxt Qırmızı Körpüdə də ara müəyyənləşdiriləndə buna bənzər söhbətlər dolaşırdı. Kim gedib ölçə və həqiqəti üzə çıxara bilər?
Bölüm: Xəbərlər
Oxunma sayı: 141