Azərbaycandan 5 boksçu dünya birinciliyində 1/4 finala yüksəldi
Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında keçirilən dünya birinciliyində 1/4 finalçılar müəyyənləşib. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, Yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 5 idmançımız 1/4 finala vəsiqə əldə edib. Belə ki, daha iki boksçumuz döyüşlərini qələbə ilə başa vurub. 91 kq çəki dərəcəsində mübarizə aparan Şükran Mehdiyev türkiyəli Məhəmməd Aydın üzərində qələbə qazanıb – 3:0.
Superağır çəki dərəcəsində yarışan Məhəmmədəli Tahirov da Türkiyə boksçusunu yarışdan kənarlaşdırıb. Həmyerlimiz Eren Uzunu çətinlik çəkmədən məğlub edib – 3:0.
Bu gün keçiriləcək 1/4 final mərhələsində idmançılarımızın rəqibləri:
49 kq: Rüfət Hüseynov – Niko Hernandez (ABŞ)
64 kq: Cavid Quliyev – Vinçenzo Areççia (İtaliya)
91 kq: Şükran Mehdiyev – Toni Filpi (Xorvatiya)
52 kq: Məsud Yusifzadə — Daniel Asenov (Bolqarıstan)
91+kq: Məhəmmədəli Tahirov – Marat Kerimxanov (Rusiya)