Muəllif:

Azərbaycan vətəndaşı olan «mücahidlər» Suriyada türkmən soydaşlarımıza divan tuturlar

Daha iki Azərbaycan vətəndaşının Suriyada döyüşlərdə öldürüldüyü bəlli olub. O da bəlli olub ki,  Azərbaycan vətəndaşı olan «mücahidlər» Suriyada türkmən soydaşlarımıza divan tuturlaryayılıb. «Mücahidlərə» məxsus saytlarda yer alan məlumata görə, ölən döyüşçülər “İraq Şam Dövləti” silahlı qruplaşması tərkibində vuruşan “Səlahəddin” və “Ləzgi Həmzə” ləqəbli Azərbaycan vətəndaşlarıdır. “İraq Şam Dövləti” adlı qruplaşmanın Əsədlə gizli bağlantıda hərəkət etdiyini Ərəb Dünyasında və Türkiyədə hər kəs bilir. Suruya Türkmən briqadaları bu qruplaşmaya qarşı duran platformada yer alırlar. Bu qruplaşma indiyədək çoxlu sayda soydaşımızın qanını axıdıb. 

“Səlahəddin” ləqəbli azərbaycanlının əsl adının Mahmud, özünün isə Azərbaycanın Şəki rayonundan olduğu bildirilir. «Mücahidlər» hər iki şəxsin fotosunu da sosial şəbəkələrdə paylaşıblar.  Onların bir müddət əvvəl öldürüldüyü bildirilir.

Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək əsasən də bu sözügedən qruplaşmanın tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində döyüşlərdə 100-dən çox Azərbaycan vətəndaşı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb və onların əksəri  etnik mənşəcə qeyri-türk əsillidir və bu xüsusat düşündürücüdür.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 142