Muəllif:

Azərbaycan və Türkiyə SQ Karsda birgə hərbi təlimlər keçirib

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin bölmələrinin iştirakı ilə  Kars bölgəsindəki Ağbaba poliqonunda «Qış-2014» təlimi keçirilib.Türkiyə SQ Baş  Qərargahının saytına istinadən, iki gün davam edən təlimdə hər iki ölkənin bölmələri tərəfindən birgə praktik atışlar reallaşdırılıb.

Təlimdə məqsəd Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin birlikləri və şəxsi heyəti arasında qardaşlıq əlaqələrini gücləndirmək, birliklərin qarlı və şiddətli soyuqlarda döyüş imkan və qabiliyyətlərini sınaqdan çıxarmaq, qış şərtlərində ərazidə yerləşmə, iaşə, geyim, təchizat və baxım fəaliyyətlərini öyrənməkdir.

Təlimlərə 85-i Azərbaycandan olmaqla 1714 hərbçi qatılıb. 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 357