Muəllif:

Azərbaycan “Sülh Korpusu” proqramından imtina edir?

Azərbaycan hökuməti Amerikanın “Sülh korpusu” ilə əməkdaşlıq proqramını uzatmaqdan imtina edib. Belə ki, hakimiyyət ölkədə çalışan onlarla proqram iştirakçısından ölkəni tərk etməyi xahiş edib. Bu barədə Turan-ın Vaşinqton müxbirinə vəziyyətlə yaxından tanış olan bir neçə mənbə bildirib.

“Sülh Korpusu” digər ölkələrdə pulsuz ingilis dili tədrisi proqramıdır. Azərbaycanda proqram 2007-ci ildən fəaliyyət göstərir. Azərbaycanda “Sülh Korpusu” üzvləri ilə əməkdaşlıq haqqında sazişin fəaliyyət müddəti ötən ilin noyabrında bitib və indiyədək hakimiyyət öz qərarı ilə bağlı rəsmi cavab vermir. Eyni zamanda yeni könüllüləri qəbul etməkdən imtina edir.

“Sülh Korpusu”nun rəhbərliyi və ABŞ-ın Bakı səfirliyi son bir neçə ay ərzində qurumun taleyilə bağlı Azərbaycan hökumətilə daimi dialoq aparır, lakin hələlik heç bir müsbət nəticə yoxdur.  Bunu adının çəkilməsini istəməyəm mənbə deyib.

Azərbaycanda SK-nın proqramında 500-dən çox könüllü iştirak edib. Bu müddətdə könüllülər əsasən kənd yerlərində mədəni körpülər yaradaraq ingilis dilini tədris ediblər.

Hazırda Azərbaycanda 108 könüllü qalaraq işini davam etdirir. Bu barədə SK-nın saytında bildirilir.

SK nümayəndələrinə analoji münasibət təkcə Azərbaycanda deyil, həmçinin Türkmənistan, Qazaxıstan, Özbəkistanda da belədir. Həmin ölkələrdən onlarla könüllü çıxarılıb. ABŞ ilə münasibətlərin yaxşı olmasına baxmayaraq, onları vizasını yeniləməkdən imtina edirlər.

“Zənnimcə, gənclərin inkişaf proqramının Azərbaycan üçün mühüm əhəmiyyəti var, çünki gənclər gələcək deməkdir, bu, dünyanın, Azərbaycanın gələcəyidir. “Sülh Korpusu”nun könüllüləri Azərbaycan gəncliyinə yardım göstəriblər”, — 2010-2012-ci illərdə Mingəçevirdə  yerli gənclərin Təhsil Mərkəzində çalışmış Miçiqandan olan müəllimə Kristall Kelli bildirib.

“Gənclər praktikada ingilis dili üzrə biliklərini yaxşılaşdıra və iş axtarışı, ali məktəblərə qəbul zamanı daha da rəqabət qabiliyyətli ola bilməzdi”, — o vurğulayıb.

Regionlarda yaşayan könüllülər Azərbaycan dilini də öyrəniblər, yerli mədəniyyət ilə tanış olublar. “Onlar Amerikaya qayıtdıqda öz dostlarına və ailələrinə Azərbaycan, onun xalqı haqqında məlumat verə bilər”, -o qeyd edib.

“Mən Azərbaycanda o qədər yaxşı insanlarla rastlaşmışam ki. Bu barədə Amerikada da danışıram. Gələn ay mən  7-ci sinifdə 30 nəfərə dərs deyəcəm, onlara Azərbaycan, onun insanları, mədəniyyəti, mənim təcrübəm haqda danışacam. Azərbaycan xalqı bilməlidir ki, mən “Sülh Korpusu”nun volontyoru kimi Azərbaycan üzrə “şagird” idim, indi isə Amerikada Azərbaycan üzrə müəllim oldum”, — o bildirib.

SK-ın digər fəalı Reyçel Baqirova ilk könüllülərdən biridir, Azərbaycanda 3 ildən çox fəaliyyət göstərib. Hazırda administratordur və başqalarının işinə yardım göstərir.

O, Turan-ın Vaşinqton müxbirinə müsahibəsində SK-ın Azərbaycandakı fəaliyyətindən danışıb. Onun sözlərinə görə, SK regionlarda daha çox tanınıb. Burada icmalar könüllülərlə daha sıx çalışır ki, bu da yerli müəssisələrə, müəllim və gənclərə təsir göstərir.

Bakıda çox resurs var və onlardan istifadə rahat və çatımlıdır. Rayonlarda belə deyil. Bəzi hallarda ingilis dilini öyrənmək üçün yeganə imkan yalnız SK  könüllüləri tərəfindən yaradılır. Bundan əlavə, SK-nın hər könüllüsü yerli icmaların işinə yardım göstərir, birbaşa gənclərlə işləyən müəllimləri öyrədir.

Gənclərə və təhsilə investisiyaların qoyulması cox güman ki, ən mühüm şeydir. Bu investisiya Azərbaycanın gələcəyi üçün qoyulur. Bu ölkə bütün dünyada tanınmağa çox can atır.

“Odur ki, SK-nın könüllüləri gənclərə onların özlərini və öz icmalarını necə yaxşılaşdırmaq barədə yardım göstərməyə çalışır. Əgər SK öz könüllülərini göndərmirsə, başqa biriləri gənclərlə işləməli, onlara 21-ci əsrdə öz ölkələrinin inkişafına necə yardım göstərmələrini öyrətməlidir.

Könüllülər şəhərdə və kənd yerlərində gənclər arasındakı fərqin azalmasına çalışırlar. Biz Bakıda tələbələrlə işləməyə gəlmirik. Biz Kürdəmir, Gədəbəy, Qax, Göygöl, İmişli, Beyləqan və yüzlərlə digər yaşayış məntəqəsində uşaqlarla işləməyə gedirik. Həmin bölgələrdə uşaqalrın amerikalılardan ingilis dilini öyrənmək şansları olmayıb.

Bundan əlavə, könüllülər gəncləri geniş informasiya spektri ilə təmin edir. Xülasə, bloq yazmaq, kompüterdən istifadə, işə qəbul zamanı müsahibənin aparılması qaydalarını öyrədirlər.

Biz Azərbaycanda olmaq istəyirik, ilk növbədə sizin kiçik kəndlərdə və sizin uşaqlarla işləmək istəyirik. Biz istənilən vaxt evimizə gedə bilərik, ancaq qalmağa, sizə yardım göstərməyə, sizin həyatınızın bir hisəsinə çevrilməyə qərar vermişik”, — o bildirib.

“Azərbaycanda çalışmaq ona nə verib” sualının cavabında Reyçel deyib: “Mən “Sülh Korpusu”na gələnə qədər Azərbaycan haqda eşitməmişdim. Sizin ölkədə işləmək təklifini qəbul etdim və bu müddətdə çox şey qazandım. Çoxlu dost qazandım, ölkəni, xalqı, öz həmkarımı sevdim. Mən başqa bir könüllü ilə evləndim, üçüncü il müddətinə burada qaldım, gənclərə liderlik, komanda ilə  işləmək, insan hüquqları, demokratiya, ictimai işlər barədə bilgi verdim. Bu, gənclərlə iş üzrəən mühüm layihə idi. Mən indiyədək bu layihə üzrə tələbələrin əksəriyyəti ilə dostluq edirəm.

ABŞ-a qayıtsam da hər zaman Azərbaycandakı ailələr, dostlarım barədə düşünürəm. Hər gün həyat yoldaşımla az olsa da Azərbaycan dilində danışıram və bu dili qızıma da öyrədəcəm. Ora mənim ikinci evimdir. Bilirəm ki, nə zamansa ora dönəcəm və çox insan qollarını açaraq məni səmimi qarşılayacaq. Bunu mənim üçün “Sülh Korpusu” yaradıb. Yoxsa mən Azərbaycan haqqında bilməzdim. “Sülh Korpusu” ölkələrimiz arasında körpü qurub. Bu körpü olmadan Azərbaycan dünya xəritəsində sadəcə ad olaraq qalar”, — Reyçel bildirib (Turan).

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 324