Muəllif:

Azərbaycan NATO-dakı zabitlərinin sayını artırır

Bu ilin ortalarında NATO strukturlarında xidmət edən Azərbaycan Silahlı Qüvvələri zabitlərinin say artımı planlaşdırılır. Bu barədə APA-ya MN mətbuat xidmətindən məlumat verilib. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 7 zabiti NATO-nun müxtəlif qərargahlarında Tərəfdaşlığın Qərargah Elementi vəzifələrində xidmət edir. Zabit heyətin sayının nə qədər artırılacağı və onların NATO-nun hansı strukturlarına təyin ediləcəyi barədə məlumat verilməyib. Nazirlikdən bildirilib ki, NATO-nun «Sülh Naminə Tərəfdaşlıq» proqramı çərçivəsində ötən il 100-dək tədbirdə Azərbaycan Müdafiə Nazirliyinin 1 000-dən artıq nümayəndəsi iştirak edib. Bu il isə 90 tədbirdə Müdafiə Nazirliyinin 900-ə yaxın hərbi qulluqçusunun iştirakı nəzərdə tutulur. Bu tədbirlərdə 81-i xarici dövlətlərdə, 9 tədbir isə Azərbaycanda keçirilməsi planlaşdırılır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 89