Muəllif:

Azərbaycan Dil Qurumu: Milli xətdən uzaqlaşmalar var

Milli ideologiya və mənəvi sahədə ciddi problemlərin olması müzakirə mövzusudur. Azərbaycan Dil Qurumu İB çərşənbə axşamı Beynəlxalq Mətbuat Mərkəzində milli dillə bağlı “Azərbaycanın yeni tarixi: biz kimin varisiyik?” mövzusundakı elmi-konfransında bütün bunlar barədə söz gedib. Tədbirdə dövlət dilinin kamilləşdirilməsi, bu işdə vətəndaş cəmiyyəti institutlarının rolunun artırılmasına xüsusi toxunulub. Bununla yanaşı, büdcədən maliyyələşən dilçilik qurumlarının fəaliyyəti də müzakirə obyekti olub. Dövlətin dilçiliklə bağlı rəsmi qurumlara, əsasən isə Dilçilik İnstitutuna kifayət qədər maliyyə ayırdığı deyilib. Amma bu vəsaitin xərclənməsi ərtafında xeyli mübahisələr olmasına diqqət çəkilib.

İctimai birliyin isə dövlətdən maliyyə yardımı almamasına baxmayaraq, dilçiliklə bağlı neçə illərdir ki, müxtəlif səpgili layihələr həyata keçirdiyi nəzərə çatdırılıb. İctimai qurumun rəhbəri deputat Sabir Rüstəmxanlı bu mənada “Dil haqqında qanuna”la bağlı sərəncamın ortaya çıxmasında ictimai birliyin də rolu olduğunu iddia edib.

İcra edilən layihənin mahiyyətinə toxunulub və deyilib ki, layihənin məqsədi Azərbaycanla bağlı ən yaxın tarixi, milli idealogiya, mənəvi dünya və cəmiyyəti ciddi narahat edən bir çox problemlərin müzakirəsinə nail olmaqdır.

Dil, tarix, fəlsəfə sahəsində xeyli qurumlar fəaliyyət göstərsə də, bu sahədə milli xətdən uzaqlaşmaların özünü göstərdiyi bəyan edilib. Bu gün ən yaxın tarix, milli idealogiya, mənəvi düzənlə bağlı cəmiyyəti narahat edən problemlərin  ortaya çıxdığı iddia olunub. Bu mənada qurum ictimayyətin səs, rəyini və bu məsələlərə münasibətini cəmiyyətə çatdırmağa zərurət duyur.

Sovet dövrünün bəzi mənfi ənənələrinin hələ də yaşadığı qeyd edilib və bu “ənənələr”in yaxın tarixə, xüsusilə 1988-ci ildən bu yana, 1918-1920-ci il Xalq Cumhuriyyəti dövrünə münasibətdə özünü göstərdiyi qeyd edilib. Dilə, milli kimliyə, adlara münasibətin qaneedici olmadığı vurğulanıb. 23 ildir ki, Azərbaycanın müstəqil dövlət olmasına baxmayaraq, hələ də sovet-rus imperiyasının soyadından qopa bilməməşi nəzərə çatdırılıb. Millətin adından tutmuş, bir çox məsələlərlə bağlı mübahisələr olduğu deyilib. Xüsusən, milli ideologiya sahəsində problemlər yaşanmasına toxunulub. Müzakirələrin kiminsə və ya hansısa qurumun tənqidinə yönəlmədiyi söylənib. Burada məqsədin millət və xalqın səsini elmi dairələrə çatdırmaq olduğu xüsusi önə çəkilib.

Müstəqilliyin əldə olunmasına baxmayaraq, vahid milli konsepsiya, ideologiya müstəvisi olmadığı iddia edilib. Milli ideologiya kimi təqdim olunan “Azərbaycançılıq”, “türkçülük”, “islamçılıq”ın birbirinə zidd olması ifadə edilib (Turan).

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 203