Muəllif:

Azad İsazadə çoxalan intihar hallarının psixoloji tərəfini izah edib

Psixoloq Azad İsazadə deyir ki,  intihar arzusunun artması hamını narahat etməlidir. Qadın Krizis Mərkəzinin psixoloqu Azad İsazadə “Obyektiv” televiziyasına (www.Obyektiv.tv) müsahibəsində son dövrlər ölkədə intihar hallarının artmasının səbəblərindən danışıb. İsazadənin fikrincə, ölkədə insanları intihara aparacaq çoxsaylı səbəblər var. “Yaş qruplarından asılı olaraq intiharların səbəbi də fərqlənir. Ən böyük risk qrupu yeniyetmələr və pensiya qabağı (45-60 yaş) yaş qruplarıdır. Yeniyetmələr maksimalist olurlar,- ya qara, ya ağ. Kiçicik uğursuzluq intihara səbəb ola bilər. Pensiya qabağı isə insanlar depressiyaya düşə bilir. Birdən bütün gəlirlərdən, iş yerindən  mərhum olan insan ailə qarşısında öhdəliklərini yerinə yetirə bilmir və depresiyaya düşür ”, — o qeyd edib.

Ekspertin dediklərinə görə, bu ilin yanvarında sanki ölkədə intihar dalğası başlayıb: “Elə gün olmur ki, intihar edən olmasın. Səbəbi cəmiyyətə də inamsızlıqdır, — gələcəyini görməmək, arzulara çatmaq imkanlarını görməməkdir ”.

Psixoloq hər il bir neçə insanın qəbul imtahanlarında uğursuzluq səbəbindən intihardan və hərbi xidmətə çağrışçılar arasında intiharlardan da danılşıb. “Ölkədə sanki imtahandan keçməmək ailə üçün fəlakət dərəcəsində qəbul edilir. Eyni zamanda, insanlar hərbi xidmətə hazırlanmır. Birdən yaşayış mühiti  kəskin dəyişir və insan çıxış yolu tapa bilmir ”, — o vurğulayıb.

İsazadə son zamanlar intihar hallarının artmasının cəmiyyətdə aqressiya hallarının çoxalması ilə əlaqəli olduğunu da deyib: “Cəmiyyətdə  aqressiya çoxalıb. Bir-birimizlə ailədə, küçədə sakit danışa bilmirik. Biz hamımız əsəbiyik. Zəif, incə, mübarizə apara bilməyən, aqressiyasını kənara çıxara biməyən insan onu özünə yönəldir və bu, intiharla nəticələnir ”.

Onun sözlərinə görə, intihar həm də nümayişdir. “İnsan çıxış yolu tapa bilməyəndə intihara müraciət edir. İnsanı cəmiyyət və dövlət eşitməyəndə intihar edir ki, bəlkə bundan sonra eşitilər”.

Ekspertin fikrincə, hər on intihar halından 1 və ya 2-i reallaşır.

“Ən düşündürücüsü cəmiyyətdə intihar arzusunun artmasıdır. Bu, hər kəsi düşündürməlidir”, — o qeyd edib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 240