Muəllif:

“Azad Asiya” radiosu İlham Tohtinin kassetini yaydı

Rəsmi Pekinin bu il yanvarın 15-dən həbsə aldığı uyğur türkü, Beynəlxalq Pekin Universitetinin müəllimi, elm adamı İlham Tohtinin harada saxlanması hələ də bilinmir.Amma həbsindən bir qədər əvvəl səsini yazdığı audio kasset “Azad Asiya” radiosu tərəfindən yayımlanıb və İlhamTohti tərəfdarlarından intihar etməsi haqda xəbərlərə inanılmamasını istəyir.  

Durumun ciddi olduğunu, polis maşınlarının bir neçə gündür ki, 24 saat evini nəzarətdə saxladığını bildirir. Çin xüsusi xidmət orqanları əməkdaşlarının ciddi nəzarəti altında olduğunu, çevrəsinə aid Çin, türr əsilli dostlarının həbs olunduğunu qeyd edir.

İlham Tohti hər hansı xəstəliyi olmadığını, iki ay öncə müayinədən çıxdığını, özünü yaxşı hiss etdiyini bildirir. Eyni zamanda İ.Tohti xalqa bir gün özü ilə bağlı yayılacaq intihar xəbərinə inanmamağa çağırır. “Mən uyğur və atayam, inancımızda intihar yoxdur, intihar edənləri aciz insanlar saydım, odur ki, intihar etməm mümkün deyil”, — Tohti bnəyan edib.

Akademik dövlətin təyin edəcəyi vəkili qəbul etməyəcəyini deyərək öz vəkili olduğunu xatırladır. Həbsxanada olduğu zaman adından uyğurların ziyanına aid hər hansı bir məlumat yayılsa xalqı buna inanmamağa çağırır. “Hətta vücudum parça-parça olan zaman belə millətimin ziyanına heç nə deməyəcəyəm”, — Tohti uyğurlara səslənib.

Uyğur türklərinin mücahidi İ.Tohti əsas mübarizəsinin uyğurların insani, hüquqi və azadlıq haqqını müdafiə etməsi olduğunu vurğulayır. Uyğurların mədəni, dini, milli, vətəndaş bərabərliyinə qovuşması mücadiləsi verdiyini yada salır. İ.Tohti hər hansı zorakılıq tərəfdarı olan qruplar arasında yer almadığı, təşkilat yaratmadığını deyib. Bununla belə, ətrafında dəstək olanların çoxaldığını qeyd edir.

“Çin hökümətindən mənim istədiyim sadəcə ədalət və bərabərlikdir. Amma indiki durum son 209 ilin ən pisidir, məni cismani olaraq yox etmək istəyirlər”, — Tohti xalqına səsləınib (Turan).

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 146