Muəllif:

“Ayna» və «Zerkalo” qəzetlərinin əməkdaşı Mirqədirov Türkiyədən deportasiya olundu

“Ayna» və «Zerkalo” qəzetlərinin əməkdaşı, xeyli vaxtdır Ankarada yaşayan və çalışan Rauf  Mirqədirov Türkiyədən deportasiya olunub. Səbəbi izah olunmur.  Onu Bakıya gətirən təyyarə Heydər Əliyev Hava Limanında yerə enib. Daha sonra Rauf Mirqədirovu  pasport-nəzarət keçidində saxlayıblar.

APA-ya açıqlamasında “Ayna» və «Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı bildirib ki, Rauf  Mirqədirovun deportasiya olunma səbəbi açıqlanmır:

“Ona bildiriblər ki, Türkiyə dövləti və xalqı qarşısında heç bir cinayəti yoxdur, sadəcə tapşırıq belədir. Mən deportasiyanın səbəbini öyrənmək üçün Türkiyənin Azərbaycandakı səfirliyinə bir neçə gün əvvəl məktubla müraciət etsəm də, hələlik bir cavab yoxdur. Rauf gəlsin, görək nə baş verir”.

Elçin  Şıxlı onu da deyib ki, hadisə qardaş dövlət olan Türkiyədə baş verdiyi üçün çox səs-küy salmaq istəmirlər: “Amma hər halda bunun səbəblərini açıqlamalıdırlar”.

Baş redaktor bildirib ki,  Mirqədirovu saxlayıb, deportasiya edərkən ailəsi ilə görüşə imkan verməyiblər, bu səbəbdən o, Bakıya tək gəlir: “Ailəsi orda qalıb. Dünən Rauf ailəsi ilə birgə avtobusla gəlmək istəyirmiş. Saxlayıb, ailəsindən ayırıb, bu gün də tək yola salıblar. Dünəndən də ailəsi ilə əlaqə yaratmağa imkan verməyiblər. Ailə üzvlərinə isə bildiriblər ki, sabaha kimi Türkiyədən çıxmasalar, tutacaqlar. Onlar da yəqin bu günlərdə Azərbaycana qayıdarlar”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 198