Muəllif:

Aydın Əliyev narkotrafiki təhlil etdi: üstünlük heroində

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib ki, bu gün Azərbaycana narkotik vasitələr və uyuşdurucu maddələr daha çox İrandan gətirilir.  Komitə sədrinin sözlərinə görə, ölkəyə bir-iki dəfə narkotik maddə keçirilməsi halı Rusiya sərhədində qeydə alınıb: «Ötən il DGK tərəfindən 130 kq-dan artıq narkotik və psixotrop maddələr tutulub. Bunların da çəkisinə baxanda üstünlük heroinin payına düşür. Bu da olduqca diqqəti cəlb edən bir faktdır».

Komitə sədri qeyd edib ki, artıq neçə vaxtdır ölkəyə kokainin gətirilməsi faktları qeydə alınmırdı: «Bununla bağlı bu il faktlarımız var. Ən qorxulusu isə odur ki, ölkə ərazisinə metaferominal gətirilir ki, bu da uyuşdurucu maddələr üçün xammaldır. Eyni zamanda, külli miqdarda mobil telefonlar və zinət əşyaları aşkar olunaraq götürülüb».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 140