Muəllif:

Aycigit Buranov: KTMT-də qərarlar kollektiv surətdə qəbul olunur

Aycigit Buranov: «Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanla Qırğızıstanı bir araya qoymaq düzgün deyil»

«Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təkcə heç nəyi müəyyənləşdirmir, həll etmir. Qərarlar kollektiv şəkildə, təşkilata üzv olan digər ölkələrin də iştirakı ilə qəbul olunur. Ona görə də bu təşkilatda məhz Ermənistan və Qırğızıstanı bir sıraya qoymaq düzgün olmaz, çünki burada başqa ölkələr də var».

Bu izahatı jurnalistlərə açıqlamasında Qırğızıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Aycigit Buranov Qırğızıstanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) təmsilçiliyinə münasibət bildirərkən  verib.

O bildirib ki, bir çox keçmiş SSRİ ölkələri kimi Qırğızıstan da, KTMT-nin tərkibindədir və burada Qırğızıstanın işləri daha çox təşkilata üzv olan ölkələrlə münasibətlərin yaxşılaşmasına, təhlükəsizlik məsələlərinin baxılmasına yönəlib.

 

 

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 125