Muəllif:

Ayaqqabı qutularından çıxan pullar sahibinə qaytarılıb

Dekabrın 17-də Türkiyədə keçirilən “korrupsiya və rüşvət əməliyyatı” zamanı saxlanılan “Xalqbank”ın baş direktoru Süleyman Aslan sübut olmaması üzündən bu günlərdə sərbəst buraxılıb.

Evindən tapılan 4.5 milyon dollar nəqd pul da özünə qaytarılıb. S.Aslan istintaqa ifadəsində bu pulların  yardım üçün toplanan pullar olduğunu bəyan etmişdi. İstintaq isə araşdırma çərçivəsində pulu saxlamışdı. S.Aslan sərbəst buraxıldıqdan sonra ayaqqabı qutularında ələ keçən pullar da bank rəhbərinə qaytarılıb.

Türkiyənin baş naziri Ərdoğan korrupsiyanı “dövlətə aid olan malın” ələ keçirilməsi adlandırıb, bu pulların isə dövlətə aid olmadığını söyləyib. “Burada dövlətin bir qəpiyinə belə əl dəyməyib, dövlət bir qəpik belə itirməyib, o pullar yardım pullarıdır və pulu da məhkəmə yiyəsinə qaytarıb”,- baş nazir olaya münasibətini ifadə edib.

Xatırladaq ki, adı çəkilən əməliyyat zamanı saxlanılan “Xalqbank”ın rəhbəri bu pulların hansısa universitet açılmasına sərf ediləcəyini desə də bu ifadə özünü doğrultmamışdı. Pulların ayaqqabı qutularında aşkarlanması Ərdoğanı və hökumətini məsxərə obyektinə döndərmişdi.

Daha sonra rəsmi Ankaranın və şəxsən baş nazir Ərdoğanın təzyiqilə Türkiyədə polis müdirlərinin, prokurorların, hakimlərin kütləvi şəkildə yerlərinin dəyişdirilməsi kimi siyasi proses başladı. Adı çəkilən əməliyyata rəhbərlik edən polis əməkdaşları və prokurorlar ya vəzifədən azad edildilər, ya da başqa şəhərlərə göndəriliblər. Bundan sonra Ərdoğan hökuməti Hakim və Prokurorlar Ali Şurasının fəaliyyətilə bağlı yeni qanun layihəsi hazırlanmasına start verdi. Bununla da hakim və prokurorlar hökumətdən asılı hala salındı.

Bu əməliyyatın nəticəsi olaraq rüşvətə bulaşdığına görə 4 nazir istefa verdi, 3 nazir oğlu, çox saylı iş adamları həbsə alındı. Baş nazir Ərdoğaının oğlu Bilal Ərdoğanın adının da rüşvətdə keçməsinə baxmayaraq, ata Ərdoğan məqamından istifadə edərək onun həbsinin qarşısını aldı (Turan).

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 170