Muəllif:

AXCP-nin mərkəzi qərargahı bünövrəsinədək sökülüb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının mərkəzi qərargahının yerləşdiyi bina (Tələt Şıxəliyev küçəsi, 8) martın 6-na keçən gecə bütünlüklə sökülüb. Bu ünvanda yerləşən digər ailələr də köçürülüb.   Martın 3-də AXCP qərargahının yerləşdiyi binanın zirzəmisində partlayış olub. AXCP partlayışın qəsdən törədildiyini iddia edir. Evin sahibi, Türkiyədə yaşayan Azər Əsgərov da partlayışın rəsmi şəxslər tərəfindən törədildiyini  iddia eidr.  Onun sözlərinə görə, AXCP-nin binadan çıxarılması ilə bağlı ona təzyiqlər edilib və evinin partladılacağı ilə hədələnib.

Öz növbəsində FHN-nin rəsmi məlumatında deyilir ki, zirzəmidə qaz balonlarının və üzərində rezin boru birləşməsinin olduğu qaz avadanlığının aşkar edilməsi, həmçinin onların üzərində dağılma və parçalanma izlərinin mövcud olması partlayışın məhz həmin qaz avadanlıqlarından düzgün istifadə edilmədiyi nəticəsində baş verdiyini göstərir (Turan).

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 168