Muəllif:

Avtoxuliqan oğul polisdən, atası — gömrükdən qovuldu

Dövlət Gömrük Komitəsi Yevlax Gömrük İdarəsinin rəisi Əliməmməd Həsənov vəzifəsindən azad edilib. DGK-dan APA-ya Əliməmməd Həsənovun işdən çıxarılması xəbərini təsdiqləyiblər.

Əliməmməd Həsənovun oğlu, polis əməkdaşı Tural Həsənov bir neçə gün öncə  BMW X6 avtomobili ilə Zığ şossesində avtoxuliqanlıq etdiyinə görə məhkəmənin qərarı ilə 20 sutka azadlıqdan məhrum edilib.

Daxili işlər naziri Usubovun əmri ilə Tural Həsənov polis orqanlarından da xaric olunub. Onun «yarışdığı» digər avtoxuliqan, dostu Rahib Abdulbağırov isə 15 sutkalıq həbs edilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 171