Atillanın sərdabəsi aşkarlanıb?
Budapeştdə Dunay çayı üzərində yeni körpünün bünövrəsi üçün qazıntı işləri aparılarkən VI yüzilə aid sərdabə aşkar olunub və arxeoloqlar bu sərdabənin Hun İmperiyasının başçısı Atillaya aid olduğunu bildiriblər. Budapeştin Lorand Ötvöş Universitetinin əməkdaşı Albrext Rümşteyn bildirib ki, sərdabəyə baxış zamanı içəridə çoxlu sayda at skeletləri, müxtəlif silahlar və hunlara aid digər əşyalar tapılıb. Sərdabədə Atillaya məxsus olduğu ehtimal olunan qılınc da aşkarlanıb.
Mütəxəssislər bildiriblər ki, sərdabənin tədqiqi hunların köklərini, onların tarixi, mədəniyyəti, məişəti və Atillanın həyatının son dövrü ilə bağlı bir çox suallara cavab verməyə imkan yaradacaq.
Avropada “Tanrının qamçısı” kimi tanınan Atilla V yüzildə indiki Monqolustandan Macarıstana qədər uzanan əzəmətli Hun İmperiyasının başçısı olub. Hunlar və Türklərin eyni soydan gəldikləri, çağdaş macarların hun kökənli olduğu barədə elmdə əsaslandırılmış fikir var.