Muəllif: Redaksiya
ATAK hərbi helikopterləri Naxçıvanda sınaqdan keçiriləcək
Yaxın günlərdə Naxçıvanda Türkiyənin yeni T-129 ATAK helikopterləri sınaqdan keçiriləcək. Belə ki, Azərbaycan onları TAİ şirkətindən almaq niyyətindədir. Müdafiə Nazirliyindəki mənbələr bildirirlər ki, həmin helikopterlərin alınması və birgə istehsalı ilə bağlı danışıqlar bu yaxınlarda müdafiə naziri Zakir Həsənovun Türkiyəyə səfəri zamanı aparılıb.
Bəzi məlumatlara görə, Azərbaycan 60-dək ATAK helikopterləri ala bilər. Beynəlxalq təsnifata görə, bu tip helikopterlər Rusiyanın Mİ-24, Amerikanın “Kobra” helikopterlərinə uyğundur. Bunlar quru qoşunlarına dəstək, zirehli texnikanın məhv edilməsi, kəşfiyyat aparılması və s. üçün nəzərə tutulub (Turan).
Bölüm: Xəbərlər
Oxunma sayı: 135