Muəllif:

AŞPA-da Sərsəng barədə məruzə dinlənəcək. Bəs nəticəsi nə olacaq?

 

Millət vəkili Elxan Süleymanovun Sərsəng su anbarındakı vəziyyət və onun ətraf rayonların əhalisi üçün yaratdığı təhlükə barədə qətnamə layihəsinə bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosunda baxılıb. Elxan Süleymanovun ofisindən bu barədə bilgi verilərkən deyilib ki, Büro məsələyə baxaraq Sədarət Komitəsinin qərarını təsdiqləyib və məruzəçi təyin olunması üçün sosial komitəyə göndərib. Məruzəçi sosial komitənin mayın 12-də Kiprdə keçiriləcək növbəti iclasında təyin ediləcək.

Bu məruzə 25 il ərzində işğal altında olan Sərsəng su anbarının vəziyyəti, 410000 əhalisi olan 6 cəbhəyanı rayonlara (Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Goranboy, Yevlax) vurduğu iqtisadi, ekoloji, bioloji, mənəvi zərər, həmçinin, törədə biləcəyi humanitar fəlakətin nəticələrinə dair ilk məruzə olacaq.

Məruzə uzun mərhələlərdən keçib, neçə aydan sonra  ortaya çıxacaq, nəticəsi nə olacaq – bu suallar yəqin ki, artıqdır…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 128