Muəllif: Redaksiya
Apreldə hərbi xidmətə çağırılanlar martın 31-dən öz hərbi hissələrini öyrənə biləcəklər
Aprel ayında həqiqi hərbi xidmətə çağırılan Azərbaycan vətəndaşları martın 31-dən xidmət keçəcəkləri hərbi hissələr barədə bilgi öyrənə biləcəklər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) bildirir ki, xidmətin çağırışçılarla bağlı elektron bazası martın 31-də aktivləşəcək. Vətəndaşlar qurumun rəsmi internet saytında (www.seferberlik.gov.az) elektron xidmətlər bölməsinə özləri barədə müvafiq informasiyanı daxil etməklə, göndəriləcəkləri hərbi hissə barədə bilgi ala bilərlər.
Bölüm: Xəbərlər
Oxunma sayı: 178