Muəllif:

AP cinayət yolu ilə əldə edilmiş aktivlərin müsadirəsi haqqında direktiv qəbul edib

Avropa Parlamenti cinayət fəaliyyəti nəticəsində əldə edilmiş aktivlərin müsadirəsi haqqında direktiv qəbul edib. Strasburqda çərşənbə axşamı qəbul edilmiş direktiv üzv dövlətlərə konkret cinayətlə birbaşa əlaqəsi olmasa belə, qanunsuz yollarla qazanılmış əmlakı müsadirə etmək imkanı verir. Direktiv üçüncü şəxslərə verilmiş əmlakı müsadirə etməyə imkan verir.

Direktivin müddəalarına şübhəli şəxsin ölümü, uzunmüddətli xəstəliyi və ya qaçışı ilə əlaqədar hökm olmadığı hallarda aktivlərin dondurulması da daxildir. Müsadirə edilmiş əmlakın istifadəsinə gəlincə, o, ictimai və sosial məqsədlərə yönləndiriləcək.

Ədliyyə məsələləri üzrə Avropa Komissarı parlamentdəki səsvermə ilə bağlı şərh verərkən deyib ki, bu, “vətəndaşlar və iqtisadiyyat üçün yaxşı xəbərdir”. Sesiliya Malstrem qeyd edib ki, yeni qanun polisə mütəşəkkil cinayətkar qruplarla mübarizədə kömək edəcək.

Qeyd edək ki, Azərbaycan da daxil olmaqla, MDB ölkələrindən bir çox oliqarxların daşınmaz əmlakı və bank hesabları Avropadadır və bu direktivin təsir dairəsinə düşə bilər (Turan).

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 290