Muəllif:

Ankarada «Xocalı şəhidləri» abidəsinin açılışı olub

Ankarada bu gün Xocalı soyqırımının 22-ci ildönümündə «Xocalı şəhidləri» abidəsinin açılışı olub. Törəndə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, Azərbaycanın Türkiyə səfiri Faiq Bağırov və bir sıra millət vəkilləri iştirak ediblər.

Cəmil Çiçək Azərbaycan və Türkiyənin sadəcə bir millət, iki dövlət deyil, eyni zamanda, bir ananın iki oğlu olduğunu bildirib. Qeyd edib ki, Xocalı faciəsinə biganə yanaşmaq qeyri-mümkündür: «Xocalı faciəsinə biganə yanaşan bizdən deyil. Bu, insanlığa qarşı törədilən cinayətdir».

Xatırlatma: 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri  Rusiyanın 366-cı alayı ilə birlikdə 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də aydın deyil…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 161