Muəllif:

Anar Məmmədli kameranın soyuq olmasından şikayətlənib

Vəkil Rəşid Hacılı ötən həftənin sonunda Bakı təcridxanasında saxlanılan Anar Məmmədliyə baş çəkib. O, Turan-ın müxbiri ilə söhbətində bildirib ki, A.Məmmədli soyuq kamerada saxlanmasından şikayətlənib. Bu səbəbdən xəstələnib. Vəkil qeyd edib ki, həbsdən sonra A.Məmmədlinin barəsində istintaq hərəkətləri aparılmır və istintaqın gedişi ilə bağlı vəkillərə məlumat verilmir.

Anar Məmmədli 2013-cü il dekabrın 16-da həbs edilib. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətini aşmaqda ittiham olunub. Məhkəmə onu üç aylığa həbs edib. Amnesty International hüquq-müdafiə təşkilatı A.Məmmədlini “vicdan məhbusu” kimi tanıyıb. Digər hüquq-müdafiə təşkilatı — Front Line Defenders A.Məmmədlini Soçidə keçirilən Olimpiya oyunları ilə əlaqədar barələrində kampaniya başlamış 12 hüquq müdafiəçisinin siyahısına daxil edib.

Məmmədlinin həbsinin əsl səbəbi ötən ilin oktyabrında Azərbaycanda keçirilən prezident seçkilərinin saxtalaşdırılmasını ifşa etməsdir.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 142