Muəllif:

Ali Rada Yanukoviçi işdən kənarlaşdırdı: ölkə yeni prezident seşkilərinə gedir

Ukraynaad hadisələr dramatik bir dinamika ilə inkişaf edir.  Hər dəqiqə yeni bir situasiya yarnır. Son olaraq isə Ali Rada  “Ukrayna prezidentinin konstitusion səlahiyyətlərinin icrasından kənarlaşdırılması haqqında” qərar qəbul etdi. Bu qərarın lehinə 328 deputat səs verib. Növbəti prezident seçkiləri mayın 25-nə təyin edilib. Bundan bir qədər öncə isə Viktor Yanukoviç  Xarkovda “112 Ukraina” telekanalına müsahibəsində ölkəni tərk etmədiyini və istefa vermədiyini bəyan edib: “İstefa verməyəcəyəm və ölkəni tərk etməyəcəyəm. Danışıqlar apardığımız beynəlxalq vasitəçilər mənim təhlükəsizliyimə təminat veriblər”.

Ali Radanın sədri Aleksandr Turçinov iclasda bildirib ki, saat 14:00 radələrində Viktor Yanukoviçlə telefon əlaqəsi qurulub: “Bir neçə deputatın müşahidəsi altında Arseni Yatsenyuk ona istefa verməyi təklif etdi. O razılaşdı. Lakin sonradan, görünür, başqa adamlarla məsləhətləşərək sözündən qaçdı. Onun mətbuat xidməti isə məlum videoçarxı yaydı”.

Son xəbərlərə görə, Almaniya, Fransa və Polşa xarici işlər nazirləri Frank-Valter Ştaynmayer, Erik Furnye və Radoslav Sikorski hazırda Ukrayna parlamentinin binasındadır.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 112