Muəllif:

Ali Rada sədri istefa verib, prezidentə isə — impiçment gözlənilir

Ukrayna Ali Radasının sədri, Regionlar Partiyasının üzvü Vladimir Rıbak istefa verdiyi əbəri yayılıb.  Rıbakın istefasını parlamentin bu günkü iclasında onun müxalifətçi müavini Ruslan Koşulinski elan edib. O, sədrin xəstəliyi ilə əlaqədar istefa ərizəsi yazdığını bildirib. Ali Rada sədrinin 1-ci müavini, Kommunist Partiyasının üzvü İqor Kaletnik də istefa verib. Onun istefası haqda bəyanatı da iclası aparan Koşulinski elan edib.

Bu arada Ali Radaya prezidentin impiçmenti haqqında qanun layihəsi daxil olub. Sənəd hakim Regionlar Partiyasının fraksiya üzvü, Ukrayna Sosialist partiyasının sədri Nikolay Rudkovski tərəfindən təqdim edilib. Qanun layihəsinin təfsilatları Ali Radanın saytında göstərilmir.

Yanvarın sonunda Rudkovski vaxtından əvvəl parlament seçkiləri və yerli hakimiyyət orqanları haqqında qanun layihələrinin müəllifi olub. Rudkovski, “Berkut” xüsusi təyinatlı dəstəsinin ləğvi, hakimiyyəti İnternetdə təhdid edənlərə qarşı cinayət məsuliyyətinin tətbiq edilməsi və mitinqlərin keçirilmə qaydalarının sərtləşdirilməsinin ləğvini nəzərdə tutan qanun layihələrinin müəllifi olub.

Fevralın 18-də Ukraynada müxalifətlə güc strukturları arasında toqquşmalarda, rəsmi məlumatlara görə, 77 nəfər ölüb, 600 nəfər xəsarət alıb. Fevralın 22 və 23-dəUkraynada matəm günləri elan olunub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 155