Muəllif:

Ali Hərbi Məktəbinin daha bir yüksək rütbəli zabiti rüşvət üstündə tutuldu

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) daha bir yüksək rütbəli əməkdaşı həbs edilib. Bu barədə  Bakı Hərbi Məhkəməsindən bildirilib. Məlumata görə, AAHM-in zabiti, polkovnik-leytenant Namiq Nəbiyev CM 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, AAHM-in sabiq rəisi M. Yusifov da bir neçə gün əvvəl həbs edilib. O da CM 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir. Yusifov əvvəllər MN 112 saylı alayının (sülhməramlı tabor da bu alayın tərkibindədir) komandiri olub. Daha sonra AAHM-ə qərargah rəisi təyin edilən Yusifov bir neçə il hərbi məktəbin rəisi vəzifəsini icra edib. Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra Yusifov vəzifədən uzaqlaşdırılıb.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 196