Muəllif:

Airbus Defence and Space bizim tenderdə iştirak edəcək

Airbus Defence and Space (Fransa) şirkəti Azərbaycan üçün torpaq müşahidəsi üzrə peykinin yaradılmasına dair tenderdə iştirak etmək niyyətindədir. Bu barədə şirkətin Yerüstü müşahidə naviqasiyası və elm üzrə İxracat direktoru Gi Limuzen məlumat verib.

Onun sözlərinə görə, Azərkosmosla sıx əməkdaşlıq edən şirkət ölkə üçün ikinci peykin inşası və kosmik sənaye işçilərinə təlim keçirilməsi üzrə tenderdə iştirak etməyi planlaşdırır: “Şirkətimiz artıq müxtəlif ölkələr üçün 100 mütəxəssis hazırlayıb və bütün zəruri təcrübəyə, avadanlıqlara malikdir. Ötən il  Airbus Defence and Space  peyklərin yaradılması üzrə dünyada birinci yeri tutub”.

Qeyd edək ki, ötən ilin fevralında Azərbaycan ilk peykini orbitə buraxıb və yaxın illərdə daha iki peyk buraxmaq niyyətində olduğunu bəyan edib.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 118