Muəllif: Redaksiya
Ailə problemi varmış, özünü akademiyanın 4-cü mərtəbəsindən atıb
Hadisə Bədən Tərbiyəsi Akademiyasının binasındabu gün saat 13:30 radələrində qeydə alınıb. Ölən şəxsin intihar etdiyi məlum olub.
Polisdən bildirilib ki, Akademiyada laborant işləyən, 43 yaşlı Fuad Kamil oğlu Rzayev intihar etməzdən əvvəl məktub yazıb. O, məktubda intiharının ailə problemləri ilə bağlı olduğunu açıqlayıb. Mərhum ölümündə heç kimin günahı olmadığını qeyd edib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən CM 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Bölüm: Xəbərlər
Oxunma sayı: 297

