Muəllif:

AHİM Azərbaycanla bağlı 2 qərarını açıqladı: bu dəfə də təzminat ödəniləcək…

Avropa İnsan Haqları Məhkəməsi  ölkəmizlər bağlı iki qərarını açıqlayıb. Hökümətimiz iki vətəndaşa təzminat ödəməli oldu.  Qərarlardan biri “Azadliq” qəzetinin baş redaktoru Qənimət Zahidin şikayəti ilə əlaqədardır.  Bu qərara əsasən, 3 ay ərzində Qənimət Zahidə mənəvi zərər əvəzi olaraq 5 min avro, hüquqi məsrəflər üçün 5 min avro ödənilməlidir.

 “Azadliq” qəzetinin baş redaktoru Qənimət Zahidin 2007-ci ilin noyabrında CM 127-ci (qəsdən bədənə yüngül xəsarət yetirmə) və 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunaraq həbs olunmuşdu. Bayıldakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan jurnalistin həbs müddəti 2007-ci il noyabr ayının 11-dən 2008-ci ilin mart ayının 7-nə qədər bir neçə dəfə uzadılıb. Yasamal Rayon Məhkəməsi jurnalisti 2008-ci ilin martında 4 il müddətinə azadlıqdan məhrum edib. O, 2010-cu ilin martında Azərbaycan prezidentinin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

AİHM Bakı həbsxanaların birində cəza çəkən  Novruz İsmayılovun da müraciətinə baxıb, maddi zərər əvəzi olaraq ona 4 min avro, hüquqi məsrəflər üçün 2500 avro kompensasiya ödənilməsi haqqında qərar çıxarıb.  “Borçalı” özəl bankının təsisçisi olan İsmayılov (1961) dələduzluqdan, mənimsəmə və vergidən yayınmaqda ittiham olunaraq 9 il müddətinə azadlıqdan məhrum olunub və hazırda cəzasını çəkməkdədir.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 127