Muəllif:

Ağsu aşırımında hər hansı restoran, tikili olmayacaq

Sürüşməyə məruz qalan zonaların, ərazilərin sayı artır. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov  belə bir mənfi tendensiya barədə danışıb. Nazirin sözlərinə görə, bu, daha geniş ərazilərdə təsərrüfat fəaliyyətlərinin, hansısa tikililər yaradılması ilə bağlıdır, nəticədə yamaclardakı dayanıqlıq zəifləyir və tendensiya tədricən artmağa doğru gedir.

Bakı üzrə sürüşmə zonalarının artmasının əsas səbəblərini açıqlayan  Bağırov qeyd edib ki, paytaxt ətrafı ərazilərdə təsərrüfat işləri çox fəal şəkildə aparılır: “Sürüşmə üçün təbii potensialı olan ərazilərə hansısa təzyiq olanda orada bu proses özünü daha asanlıqla göstərir. Şamaxı zonasında əsas sürüşmə sahələri yolların kənarındadır. Çünki yollar çəkilərkən kəsilən yamacların dayanıqlığı zəifləyir və sürüşməyə meyllilik yaranır”.

Bağırov Ağsu aşırımındakı sürüşmə sahəsində mövcud vəziyyət, problemin həlli ilə bağlı mövqeyini də açıqlayıb: “Bizim nazirliyin qəti mövqeyi ondan ibarətdir ki, Ağsu aşırımında heç bir təsərrüfat fəaliyyəti, restoran, tikili olmamalıdır. Biz dəfələrlə restoranları oradan çıxarmaq istəyəndə, çox ciddi təzyiqlərlə üz-üzə qalmışıq. Hesab edirik ki, yeganə olmasa da, Ağsu aşırımındakı restoranlar təsərrüfat fəaliyyətindəki sürüşmənin səbəblərindən biridir. Orada sudan istifadə olunur, amma mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur. Çirkab, kanalizasiya suları, hətta təmiz suların boru xətlərindən olan axıntılar da vəziyyətin gərginləşməsinə səbəb olur”.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 140