Muəllif:

Ağstafa-Poylu-Gürcüstan dövlət sərhəd avtomobil yolu istifdəqə verildi

Bu gün Ağstafa-Poylu-Gürcüstan dövlət sərhəd avtomobil yolunun açılışı olub.  Törəndə nəqliyyat naziri Ziya Məmmədov, “Azəryolservis” ASC sədri Cavid Qurbanov, Qazax və Ağstafa rayon İcra Hakimiyyəti rəhbərləri və ictimaiyyət  iştirak ediblər.

Yolun uzunluğu 59 km, torpaq yatağının eni isə 12 m təşkil edir: “2011-ci ildən yolun əsaslı təmirinə başlanılıb. Yol 3-cü texniki dərəcəli, iki hərəkət zolaqlıdır. Yolun hərəkət hissələrində ayrıca olaraq ağ və sarı xətlər çəkilib”.

Ağstafa-Poylu-Gürcüstan dövlət sərhəd avtomobil yolu Qazax və Ağstafa rayonlarının kənd və yaşayış məntəqələrini, eləcə də Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunu ilə əlaqələndirəcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 246