Muəllif: Redaksiya
ABU-nun saxta diplomu — 10 min dollara?..
Fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin (ABU) saxta diplomunun baha qiymətə satılması faktı aşkar edilib. DİN mətbuat xidmətinə istinadən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Həsən Xəlilov universitetə məxsus saxta diplomu 10.000 ABŞ dollarına satarkən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Baş verən hadisələrdən sonra adama elə gəlirdi ki, bu «universitetin» adı gələndə adamlar küçənin o tərəfinə keçərlər, amma bir kağız parçasına bu qədər pul sayan hələ də tapılırmış…
Bölüm: Kriminal
Oxunma sayı: 143