Muəllif: Redaksiya
ABŞ Rauf Mirqədirovun həbsindən narahat olub
Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki Ermənistanın xeyrinə casusluqda ittiham olunan tanınmış azərbaycannlı jurnalist Rauf Mirqədirovun həbsindən narahatdır.
“Biz Rauf Mirqədirovun Türkiyədən deportasiya edilməsi və Azərbaycanda həbs olunması barədə xəbərləri diqqətlə izləyirik. Biz onun Türkiyədən gələrkən gözlənilmədən Bakıda həbs olunmasından narahatıq”, — C.Psaki cümə axşamı brifinqdə bildirib.
“Jurnalistin həbsinin onun Azərbaycan hökumətinin ünvanına tənqidi yazıları, regionda gərginliyin azaldılmasına və inam atmosferinin formalaşmasına yönələn xalq diplomatiyası proqramlarında iştirakı ilə bağlı olmasına dair xəbərlər bizi narahat edir”, — o bildirib (Turan).
Bölüm: Xəbərlər
Oxunma sayı: 113