ABŞ Qarabağda ststus-kvonu dolayı ifadə ilə yenə dəstəklədi
ABŞ Dövlət Departamenti bir daha təkrarlayıb ki, «Amerikanın mövqeyi dəyişməz qalır: güc tətbiqi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli mümkün deyil”. Bu sözləri ABŞ Dövlət Departamenti sözçüsünün müavini Mari Harf Vaşinqtonda keçirdiyi brifinqdə deyib. Bu tanış ifadənin arxasında hansı siyasi hədəfin gizləndiyini Azərbaycanda və Ermənistanda yaxşı anlayırlar. Bununla da ABŞ Qarabağda ststus-kvonu — indiki situasuyanı dolayı ifadə ilə dəstəklədiyini, son hədəfdə inddi işğal altında olan ərazilərin Ermənistana ilhaqını, Azərbaycanı isə qəfildən öz torpaqlarını işğaldan təmizləməyə qalxmaqdan çəkindirmək istədiyini göstərir.
Ardınca Harf harada baş verməsindən asılı olmayaraq insan itkilərindən təəssüfləndiklərini söyləyib: “Bizim mövqeyimiz əvvəlki kimi qalır, güc tətbiq etmək bu münaqişəni həll etməyəcək. Biz tərəfləri güc tətbiq etmək və güc tətbiq etməklə hədələməkdən çəkinməyə çağırırıq”. Harf qeyd edib ki, ABŞ Minsk Qrupunun həmsədr ölkəsi olaraq münaqişənin sülh yolu ilə həlli yoluna sadiq qalmaqdadır: “Bilirik ki, çətindir, lakin biz bunun üzərində çalışmağa davam edəcəyik”.
Tanış və nifrət etiyimiz diplomatik mövqedir, səmimi deyillər — biz onlardan işğalçıya işğalçı demələrini istəyəndə min bir bəhanə gətirdiklərini az görməmişik.
Hərbi qarşıdurmanın bütün perimetri boyunca insidentlər isə davam edir. Ermənistan silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan ordusunun Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərindən Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutuqları xəbər verilir.
İşğalçı qüvvələr Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Qaraxanbəyli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Tərtər rayonunun Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.
Düşmənin bizim tərəfdən cavab atəşi ilə susdurulduğu xəbərlərə aid olunur.