ABŞ hökuməti Rusiya heyətinin Vaşinqtona səfərini ləğv edib
Birləşmiş Ştatlar hökuməti Ukraynaya hərbi müdaxilə edən Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqinə başlayıb. Vaşinqtona əvvəlcədən planlaşdırılan danışıqlara getməyə hazırlaşan “Rosselxoznadzor”un (Rusiyanın veterinar və fitosanitar nəzarət üzrə dövlət xidməti) heyətinin ABŞ ərazisinə girişi yasaq edilib.
Dövlət xidmətindən bildiriblər ki, 3-6 mart tarixlərində Vaşinqtonda Rusiya ekspertlərinin iştirakı ilə danışıqların növbəti mərhələsi keçirilməli idi: “Uçuşa bir sutkadan az qalmış ABŞ səfirliyi telefon və elektron poçt vasitəsilə Rusiya nümayəndə heyətinin rəhbəri, “Rosselxoznadzor”un sədr müavini Nikolay Vlasova xəbər verdi ki, rusiyalı ekspertlərin səfəri ABŞ üçün qəbuledilməzdir. Danışıqlarda iştirak edən Qazaxıstan nümayəndə heyəti isə Vaşinqtona uçub”.
ABŞ rəhbərliyi Ukraynadan qoşunlarını geri çəkməsə, Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

